İrana yeni sanksiyalar tәtbiq edilә bilər

İrana yeni sanksiyalar tәtbiq edilә bilər

İranın nüvә proqramı ilә bağlı İstanbulda keçirilәn toplantının nəticəsiz başa çatması fәrqli münasibәtlәrin ortaya çıxmasına sәbәb olub. SİA-nın xəbərinə görə, bәzi diqlomatlar toplantıda nәticә әldә edilmәdiyi üçün İrana yeni embarqolar tәtbiq edilәcәyini bildirirlər. Bəziləri isə mövcud sanksiyaların tәtbiqinin daha yaxından izlәnәcәyini proqnozlaşdırırlar.

İstanbuldakı toplantıya qatılan heyәtdәki amerikalı diplomatlardan biri mәsәlәnin müzakirәlәr yolu ilә hәllini istәdiklәrini, bunun reallaşmasının isə İrandan asılı olduğunu vurğulayıb.

Amerikalı diqlomat sona çatan müzakirәlәrdәn nәticә әldә edilmәmәsinin ruh düşkünlüyü yaratdığını, ancaq müzakirә prosesinin mәhv olmadığını deyib. O, rәsmi İranın mәsәlәnin siyasi yollarla hәlli üçün lazımi addımları atmasını azuladığını ifadə edib və Tehrana tәtbiq edilәn sanksiyaların bu ölkәnin nüvә proqramını yavaşladacağını söyləyib. Amerikalı diplomat hələlik dialoq üçün zaman vә fürsәtin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə