Əlcəzairlilər də ayağa qalxır
Əlcəzair paytaxtında nümayişçilər və polis arasənda qarşıdurma olub. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, insident müxalifət tərəfdarlarının hökumətin qoyduğu qadağaya əməl etməyərək nümayiş keçirmək cəhdindən sonra baş verib. Polis bu gün hökumət binası qarşısında eitraz aksiyası keçirməyə çalışan yüzlərlə nümayişçiyə qarşı dəyənəklərdən istifadə edib. Nümayişin təşkilatçılarının bildirdiyinə görə, 42 nümayişçi xəsarət alıb. Rəsmilər isə 7 polis əməkdaşının yaralandığını bildirib. İşsizlik səviyyəsi və yüksək ərzaq qiymətləri səbəbilə artan narazılıq bu ay ölkədə bir neçə etiraz nümayişinin keçirilməsinə səbəb olub. Qeyd edək ki, Tunisdə bu ay keçirilən oxşar nümayişlər prezident Zinə Əl Abidin Ben Əlinin devrilməsi ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə