İstanbulda 5+1 ölkələri ilə İran arasında keçirilən müzakirələrdə heç bir nəticə əldə olunmadı.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Aşton İranın ön şərtlərinin qəbul edilməz olduğunu söyləyib. Aşton İstanbula praktik təkliflərlə gəldiklərini və bu təklifləri İrana təqdim etdiklərini deyib. Hər hansı ön şərt irəli sürmədiklərini bildirən AB təmsilçisi anlaşma üçün hər cür səyi göstərdiklərini vurğulayıb.
İranın müzakirə masasına ön şərtlərlə oturduğunu deyən Aşton təkliflərinə İrandan cavab gözlədiklərini söyləyib.
Ketrin Aşton İranla yeni bir müzakirə planlaşdırmadıqlarını, ancaq qapılarının da hər zaman açıq olduğunu bildirib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB