"Mehriban Əliyeva şəhid ailələrini daim diqqət mərkəzində saxlayır" ÖZƏL -MÜNASİBƏT
"Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı ilin aprel döyüşlərində həlak olmuş, şəhid zabit polkovnik-leytinant Sənan Axundovun ailəsinə yeni mənzil verilib. Bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiasına əsasən şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzili alınmışdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
Deputatın sözlərinə görə, I vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın məsələyə tez bir zamanda müdaxilə edib belə bir təşəbbüs göstərməsi bir daha sübut edir ki, Azərbaycanda şəhid ailələrinə diqqət və qayğı ən yüksək səviyyədədir: "Bu ailələrin sosial vəziyyəti I vitse-prezidentin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın daima nəzarətindədir. Şəhid ailəsinə göstərdiyi bu humanist addıma görə, diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü və minnətdarlığımı bildirir və ona bu çətin eyni zamanda şərəfli işində uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB