"Hazırda müxalifət düşərgəsində birincilik uğurunda mübarizə gedir". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, yəni görək kim önə çıxacaq: "Yəqin ki, sonda bunların hamısının bir qrupda birləşməsi haqqında danışıqlara başlayacaqlar. İddialı partiya sədrlərinin əsas hədəfləri müxalifət daxilində özünü göstərmək, aparıcı qüvvə olduqlarını nümayiş etdirmək və sonra da “mənim ətrafımda birləşin” şüarını irəli sürməkdir. Demək olar ki, müxalifəti parçalayan, vahid mərkəzdə birləşməsinə mane olan əsas amil budur. “Kimin ətrafında birləşək”, “kim aparıcı müxalifətdir”, “kim ana müxalifətdir” və bu kimi iddialar müxalifəti pərakəndə vəziyyətinə salıb. Bu kimi ambisiyaları onların birləşməsinə mane olub. Bu gün də, müxalifət partiya rəhbərləri arasında mənəm-mənəmlik məsələsi meydandadır. Yəqin ki, əgər bunlara ağaları göstəriş versə ki, birləşin onda birləşəcəklər. Ümumiyyətlə, müxalifətdə kim önə çıxacaqsa onun ətrafında birləşmə məsələsi gündəmə gələcək. Demək olar ki, tək başına nə Müsavat, nə AXCP, nə də ki, “Milli Şura” nəyə isə nail olması qeyri-mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB