"Mediatorların yaş həddi ən azı 30 yaşa qaldırılmalıdır” TƏKLİF

"Mediatorların yaş həddi ən azı 30 yaşa qaldırılmalıdır” TƏKLİF

“Mediasiya haqqında” qanun layihəsinə görə mülki və ailə mübahisələri ilə bağlı icrabi olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət edilməlidir”. SİA-nın nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Mediasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

Q.Həsənquliyev deyib ki, bu halda tərəflər müəyyən xərclər ödəməlidirlər: “Mediasiya xərcləri kifayət qədər genişdir. Tutaq ki, rüsum müəyyənləşəcək, digər məsələlər açıq qalacaq”.

Millət vəkili bildirib ki, mediasiya insitutu məhkəmələrin işinin azaldılması üçün nəzərdə tutulur: “Qanuna görə mediator 25 yaşlı, ali təhsilli, 3 il iş təcrübəsinə malik olmalıdır. Ancaq 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, bu şəxs necə tərəflər arasında vasitəçilik edə biləcək? Mediatorların hüquqşünas olması tələb olunmalı, eyni zamanda hüquqi təcübələrinin olması tələb edilməlidir. Keçmiş vəkillər, hüquqşünaslar, hüquq-mühafizə oranlarının sabiq işçilərinə mediator olmaq hüququ verilməlidir. Yoxsa vətəndaşı boş yerə məcbur edəcəyik ki, məhkəmədən əvvəl boş yerə mediatora müraciət et”.

Q.Həsənquliyev nəzərə çatdırıb ki, Azərbaycanda adətən, yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetiriblər: “Biz harada görmüşük ki, 25 yaşlı gənc tərəfləri barışdırmaq missiyasını yerinə yetirib? Ona görə də mediatorlarla bağıl yaş həddi də ən azı 30 yaşa qaldırılmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə