"Sığorta institutunun formalaşmasına ehtiyac var"

"Sığorta institutunun formalaşmasına ehtiyac var"

“Dünən ölkə prezidenti yüksək səviyyədə müşavirə keçirdi. Həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə sübut etdi ki, dövlət və onun başçısı hər zaman xalqının yanındadır. Cənab prezidentin mövqeyini alqışlayıram”. SİA-nın xəbərinə görə, bunu deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxış edərkən deyib.

Deputat bildirib ki, İlham Əliyev 2003-cü ildə prezident seçiləndən bu günə qədər Azərbaycan xalqı ilə bərabər olduğunu daima nümayiş etdirib. F.Ağamalı "Diqlas” Ticarət Mərkəzindəki yanğından danışarkən sığorta şirkətlərinə də diqqət çəkib: “Mütləq deyil ki, bu cür hadisələr zamanı hər bir şeyi dövlət öz üzərinə götürsün. Sadəcə, dövlətin funksiyaları çərçivəsində olmalıdır. İnkişaf etmiş ölkələrə nəzər salaq. Onlarında olduğu kimi Azərbaycanda da sığorta şirlətləri inkişaf etdirilməlidir. Ölkədə sığorta şirkətləri var. Lakin həmin şirkətlər inkişaf etməyiblər. Elə etməliyik ki, sığorta institutu formalaşsın. Bu zaman belə hallar yarananda sığorta şirkətləri baş verən hadisələr zamanı itkiləri ödəyə bilsin”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə