"Dövlət qurumları Prezidentin çağırışlarından nəticə çıxarmalıdır” ÖZƏL-RƏY
"Ümumiyyətlə, Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı müsbət bir addım kimi qiymətləndirilməlidir". Bunu SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycanda bu vaxta qədər bir neçə dəfə “Diqlas” ticarət mərkəzindəki kimi oxşar hadisələr baş vermişdi: "Amma təəssüflər olsun ki, müvafiq dövlət qurumları bu cür məsələlərə səthi yanaşmışdılar. Düzdür, bəzən orta bazarın inkişafına yönəlik fikirlər var ki, bu da bilavasitə sığorta şirkətlərinin fəaliyyətinə aid olan bir məsələdir. Hesab edirəm ki, Azərbaycanda hələ sığorta bazarının inkişafı, eyni zamanda vətəndaşların özlərinin sığortaya olan münasibəti o səviyyədə deyil ki, bu cür problemlər sığorta şirkətləri ilə istehlakçılar arasında həll olunsun. Bu mənada cənab Prezidentin məsələyə müdaxiləsi və müvafiq dövlət qurumları ilə problemin aradan qaldırılması, sahibkarlara müəyyən köməkliklərin göstərilməsi, onlara dəymiş zərərin ödənilməsi ilə bağlı göstərişlərin verilməsi sözsüz ki, müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, bu ancaq alqışalayiq bir haldır.
Sözsüz ki, bu təşəbbüs, çağırış müvafiq icra hakimiyyəti orqanlarının nəzarətində olmalı, eyni zamanda onlar da bundan bir nəticə çıxarmalıdırlar. Adətən bu cür məsələlərdə biz zaman-zaman cənab Prezidentin bilavasitə iradəsinin ifadə olunması zamanı hər hansı müsbət hadisələri müşahidə edirik. Zənnimcə, dövlət qurumları öz işlərini düzgün görsələr və məsələlərə məsuliyyətli yanaşsalar bu cür problemlər olmaz, dövlətə müəyyən qədər ziyanla başa gəlməz. Çünki burada söhbət sahibkarlara dəymiş zərərdən gedir. Bu mənada hesab edirəm ki, müvafiq dövlət qurumları ölkə başçısının bu çağırışlarından, təşəbbüslərindən bir nəticə çıxarmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB