Yaxud, avantüraçıların planları baş tutmadı
“Diqlas” ticarət mərkəzində baş vermiş yanğının ardınca, gözlənildiyi kimi dağıdıcı müxalifət mənsubları dərhal sosial şəbəkələr üzərindən sərsəm və heç bir əsaslara söykənməyən iddialarla çıxış edərək, necə deyərlər, “odun üzərinə benzin tökməyə” çalışdılar. Söz yox ki, bu məsələdə ən çox AXCP sədri Əli Kərimli və “Milli Şura” canfəşanlıq göstərməyə cəhdlər göstərdi. Amma bu cəhdlərin qarşısını ilk növbədə, dövlətinə və Prezidentinə güvənən vətəndaş, eyni zamanda, vətəndaşının yanında olan, verdiyi vədlərini dərhal icra edən ölkə rəhbərinin sarsılmaz iradəsi, humanizm prinsiplərinə söykənən qərarı oldu.
Daha böyük islahatların aparılacağı ilə bağlı anonslar verilməkdədir
Təkcə, bi fakta diqqət yetirək – baş vermiş hadisədən əvvəl, yəni son 3 ayda qəbul edilən qərarlar, Prezident İlham Əliyevin inqilabi islahatları bilavasitə xalqın daha yaxşı yaşamasına hesablanmış mütərəqqi addımlardır. Şəhid ailələri ilə görüşlərdən başlayaraq, onlara ödənilən və ödəniləcək məbləğlər, problemli kreditlərin həlli ilə əlaqəli atılan addımlar, dövlət başçısının xalqla təması və Ona ünvanlanan məktubları şəxsən qəbul etməsi, vətəndaşın probleminin həllinə şəxsi müstəvidən yanaşması, sonuncu böyük əfv sərəncamı çoxsaylı islahatların bir hissəsidir. Qarşıda isə, daha böyük islahatların aparılacağı ilə bağlı anonslar verilməkdədir.
Dövlət və ölkə rəhbərliyi bilavasitə vətəndaşının sığortasıdır!
Əslində, daha bir maraqlı məqam baş verən hadisədən özlərinə sərf edən “siyasət” aparmağa cəhd edənlərin özlərini bu dəfə köklü şəkildə “yandırmalarıdır”. Gəlin faktlara daha dərindən yanaşma edək. Prezident İlham Əliyevin “Diqlas” ticarət mərkəzindəki yanğının ardınca hadisəyə dərhal verdiyi reaksiyası həm də onu sübut etdi ki, dövlət və ölkə rəhbərliyi bilavasitə vətəndaşının sığortasıdır. Yəni vətəndaş çalışdığı, yaşadığı məkanı sığortalamayıbısa belə, orada baş vermiş hər hansı bədbəxt hadisəyə görə, dövlət dərhal öz qərarını verir. Buz, bu həqiqəti eyni zamanda, Şamaxı və Ağsuda baş vermiş təbii fəlakətdən sonra Prezident İlham Əliyevin həmin ərazilərə gedərək, dağılmış evlərin yenidən tikilməsi, təmir edilməsi problemini həll etməsində də gördük. Bu, bənzərsiz bir qərarlardır və hətta dünyanın ən aparıcı dövlətlərində belə, bu kimi operativ qərarlar verilmir.
Bu reallığı heç bir avantüraçı, fürsətcil siyasi qüvvələr poza bilməyəcək!
Daha bir diqqət çəkən detal o oldu ki, “Diqlas”da baş vermiş hadisədən dərhal sonra növbəti aksiya keçirəcəyini bəyan edən “Milli Şura”-AXCP cütlüyü yanğın hadisəsindən avantüristcəsinə bəhrələnəcəklərini düşünürdülər. Ancaq onların bu arzuları da ürəklərində qaldı. Hətta deyə bilərik ki, “Diqlas” yanığını elə başda Əli Kərimli olmaqla, bütövlükdə radikal müxalifətin başbilənlərinə od qoydu. Əbəs deyil ki, AXCP sədri açıq-aşkar nə qədər pəjmürdə olduğunu yazdığı statuslarında da gizlədə bilmir. Məsələn, hadisədən dərhal sonra hakimiyyətin müvafiq qurumlarının sahibkarları toplayaraq onların şikayətlərini dinləməsi, bunun ardınca isə, dövlət başçısının müşavirə keçirib nazirlərə tapşırıqlarını verməsi artıq sahibkarların çoxsaylı təşəkkürləri, minnətdarlıqları ilə nəticəsini tapıb. Reallıq isə, artıq özü-özlüyündə hər şeyi tam açıqlığı ilə göstərir. Dövlət və Prezident xalqının yanındadır, xalq da öz dövlətinin və Prezidentinin yanındadır. Bu reallığı isə heç bir avantüraçı, fürsətcil siyasi qüvvələr poza bilməyəcək!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB