"Sarı jilet"lilərə qadağa

Fransada “sarı jilet”lilər hərəkatının sayca 20-ci etiraz aksiyasının Avinyon, Tuluza və Ruan şəhərlərində keçirilməsinə qadağa qoyulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qadağa bu şəhərlərdə artan zorakılıq və oğurluq halı ilə bağlıdır.

“Sarı jiletli”lərin martın 30-da keçirəcəyi etiraz aksiyası ilə bağlı çağırışından sonra Avinyonda həmin gün səhər doqquzdan gecə yarısına qədər hər hansı nümayiş və yığıncaq keçirilməsinə qadağa qoyulub.

Baş məmur Fabien Buçio da Ruan ərazisində bütün nümayişlərə maneə törətməklə bağlı qərar verib.

Tuluzada da istənilən nümayişin keçirilməsinə qadağa qoyulub.

Məlumata görə, qadağa sosial şəbəkələrdə “sarı jilet”lilər tərəfindən geniş şəkildə qınanılaraq müzakirə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə