"Vətəndaşa belə diqqət və qayğı dünyanın heç bir yerində yoxdur" ÖZƏL-ŞƏRH

"Vətəndaşa belə diqqət və qayğı dünyanın heç bir yerində yoxdur" ÖZƏL-ŞƏRH

“Diqlas” ticarət mərkəzində baş verən yanğından dərhal sonra Prezident İlham Əliyev tərəfindən atılan addım bir daha bütün hallarda dövlət başçısının öz vətəndaşlarının yanında olmasının bariz göstəricisidir. Bu, bir daha sübut etdi ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər həyata keçirilir: “Bu işlər sistemli və ardıcıl xarakter daşıyır. Amma bəzən fövqəladə halların baş verməsi nəticəsində yaranan problemlərin operativ həlli də daim Prezidentin diqqət mərkəzindədir. Bir müddət əvvəl Şamaxı, İsmayıllı və Ağsuda ondan öncə Zaqatala, Baləkəndə baş verən zəlzələ, yəni fövqəladə hallar zamanı da zərərçəkənlərin yanında ilk olaraq Azərbaycan Prezidentini gördük. İndi də ticarət mərkəzində yanğın baş verib və xeyli sayda sahibkar ziyan çəkib. Yenə də Prezident öz vətəndaşının yanındadır. Vətəndaşa belə diqqət və qayğı belə yardım nümunəsi dünyanın heç bir yerində yoxdur. Bu addım həm böyük humanizm, həm vətəndaşların yanında olmaq, həm onların problemlərini həll etmək, həm də əslində sahibkarlığa dəstək verməkdir.

Ticarət mərkəzində çoxsaylı sahibkara məxsus mallar yanıb. Əslində normal vəziyyətdə onlar öz əmlaklarını sığorta etdirməli belə bədbəxt hadisələr zamanında da sığorta şirkətləri onların zərərini qarşılamalıdır. Ancaq Azərbaycanda vətəndaşın çətin vəziyyətində Prezidentin birbaşa bu məsələyə müdaxilə etməsi bir daha həm böyük humanizm, həm də vətəndaşların yanında olmaq nümunəsidir. Artıq vətəndaşa dəyən ziyana görə dövlət yardımının verilməsi ilə bağlı işlər həyata keçirilməyə başlayıb və müvafiq qurumlar bu işə məşğuldurlar. Bu, xalq-iqtidar birliyinin ən gözəl, ən bariz nümunələrindən biridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə