Tramp görüşə gedir bu dəfə Cənubi Koreya prezidenti ilə

Tramp görüşə gedir bu dəfə Cənubi Koreya prezidenti ilə

ABŞ prezidenti Donald Tramp aprelin 11-də Ağ Evdə Cənubi Koreya prezidenti Moon Jae-ini qəbul edəcək. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Prezident Donald Tramp və birinci xanım Melanya Tramp 11 aprel tarixində Cənubi Koreya prezidenti Moon Jae-ini və xanımı Kim Çjon Suku Ağ Evdə qəbul edəcək. Prezident Tramp və Prezident Moon Koreya Xalq Demokratik Respublikası ətrafında yaşanan son hadisələri və ikitərəfli məsələləri müzakirə edəcək", - deyə Ağ Evin açıqlamasında qeyd olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə