“31 mart Azərbaycanlılarının Soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Baş verənlər açıq şəkildə soyqırımı hadisəsidir. Demokratik respublika, daha sonra dövlət müstəqilliyimiz dövründə bu faciə kifayət qədər araşdırılaraq, tarixi faktlar, sənədlərlə sübut edilib”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Azərbaycan tərəfindən uzun müddət bu məsələlərin üzərinə gedilmədiyini təəssüflə qeyd edən M. Ələsgərli söyləyib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə və daha sonralar bu məsələlərin üzərinə sistemli şəkildə gedilməyə başlanılıb.
MŞ-nın sədr müavini qeyd edib ki, mart soyqırımı ermənilərin XXI əsrdə törətdikləri yeganə faciə deyil: “Bunu dəfələrlə təkrar şəkildə təkcə Azərbaycan deyil, eləcə də Türkiyə, İran və digər müsəlman və türklərin kompakt yaşadığı ərazilərdə həyata keçiriblər. Xocalı faciəsi, Dağlıq Qarabağın işğalı zamanı da eyni hadisələri təkrar ediblər. Ulu Öndərin siyasətinə uyğun olaraq Azərbaycan da bu faciələrin tanıdılması istiqamətində çox uğurlu iş apardı. Bilirsiniz ki, Xocalı soyqırımını tanıtmaq mümkün olub. Artıq indiyədək bir sıra ölkələrin parlamenti bu faciəni soyqırımı kimi tanıyıb. İndi hesab edirəm ki, Azərbaycan dövləti, cəmiyyəti, diaspora təşkilatları, media cəhd göstərərək eyni formada 31 mart soyqırımının tanıdılması üçün addımlar atmalıdırlar”.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin mart soyqırımına siyasi qiymət verməsi, bu məsələlər ətrafında kifayət qədər tarixi faktların toplanması nəticəsində əldə kifayət qədər materiallar vasitəsilə faciəni dünyada tanıtmaq mümkündür: “ Bu məsələdə dövlət, hökumət, diaspor təşkilatları ilə yanaşı medianın da üzərinə çox ciddi işlər düşür. Bu sahədə ciddi materiallar hazırlamaq, onları müxtəlif dillərə tərcümə edib öz səhifələrdə yerləşdirməklə onun dünyada daha çox tanınmasına nail ola bilərik”.
M. Ələsgərli qeyd edib ki, hazırda mart soyqırımının tanıdılması Xocalı kampaniyasının kölgəsi altında qalır: “Xocalıda olduğu qədər bu soyqırımının tanıdılması yetərli deyil. Hesab edirəm ki, Xocalı faciəsinin tanıdılması artıq president yaradıb. Bu təcrübədən istifadə edərək eyni addımları mart spyqırımının tanıtmaq olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB