"Bu gün dünyada bəzi məsələlərə fərqli yanaşmalar var. Məsələn, əgər insanlar arasında düzgün təbliğat, maariflənmə olsa istər məscid, sinaqoq, istərsə də kilsə Allah adına bərpa olunmuş məkanlardır". Bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev deyib.
QMİ rəsmisinin sözlərinə görə, bu yerlər ibadət üçün bir məkandır: "İslam yanaşmasından götürsək əgər bir müsəlman hansısa ölkədə, məmləkətdə məscid görmürsə orada kilsə, sinaqoq görsə gedib orada ibadətini edə bilərmi? Bizim dinimiz buna icazə verir. Yəni bizim üçün bir olan Allah adına tikilən bütün məkanlar müqəddəsdir. Amma gəlin görək dünyada məscidlərdə niyə terror hadisələri baş verir? Bu hadisələri araşdırsaq görəcəyik ki, bunun kökündə siyasiyönümlər vardır. Yəni siyasi əqidəyə sahib olan məqsədyönümlü qüvvələr insanlar arasında qarşıdurmanı yaratmaq üçün məsələn, müəyyən amallarını, niyyətlərini həyata keçirmək üçün nə etməlidirlər? Bu gün ən rahat, ən münasib, ən lazımlı faktor insanlar üçün dini faktordur. Onlar bu dini faktordan istifadə edərək müəyyən adamları, radikal insanları hazırlayırlar, beyinlərini doldururlar və yaxud beyinlərini dəyişirlər və sonda onları insanlığa qarşı yönəldirlər. Təbii ki, həmin şəxslər terrorlara, insan qırğınlarına əl atırlar. Məsələn, müqəddəs “Qurani-Kərim”imiz özünün gözəl surələrinin birində deyir: “Yer üzündə qətl etməyən, fitnə-fəsad törətməyən günahsız bir insanı öldürmək bütün bəşəriyyəti öldürməkdir”. Günahsız insanı xilas etmək isə bütün bəşəriyyəti xilas etməkdir. Yəni “Qurani-Kərim”in məntiqi, çağırışı insanlığa çağırışdır. Yəni insanlar bir-birinə qayğılı, diqqətli yanaşmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB