Ermənistana məxsus Qroparak qəzeti yazır ki, inqlabdan sonra ilk dəfə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Vyanada rəsmi görüşü gözlənilir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, sözügedən nəşrin müxbiri “Mənim addımım” fraksiyasının deputatı Ovannes İqityana bu görüşdən nələri gözləmək olar barədə sualla müraciət edib.
Müxbir sual verdiyi əsnada, ekspertlərin bir qismi görüş zamanı hansısa variantın təklif olunmasını istisna etmirlər deyə fikir bildirməsinə isə İqityanın reaksiyası erməni xislətinə müvafiq olub. O bildirib ki, guya müxbirin hansı ekspert dairələrindən danışdığını bilmir və guya əsas ekspert dairələri Xarici İşlər Nazirliyində, hökumətdə və Milli Məclisdədir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB