Taner Yıldız Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasını hədəflədiklərini söyləyib
Azərbaycana səfərə gələn Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız səfərdən öncə jurnalistlərin suallarına cavab verib. SİA-nın verdiyi məlumata görə, türkiyəli nazir iki ölkə arasında ticarət dövriyyəsi həcminin 5 milyard dollara qaldırılmasını hədəflədiklərini söyləyib.
T.Yıldız qeyd edib ki, 10 il əvvəl 300 milyon dollar olan ticarət dövriyyəsi hal-hazırda 2 milyard dollardır. Türkiyəli iş adamlarının Azərbaycandakı fəaliyyətinin artırılmasına çalışdıqlarını vurğulayan enerji və təbii qaynaqlar naziri səfər çərçivəsində bu sahədə olan problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB