"Biz beynəlxalq qurumlar qarşısında ciddi arqumentlərlə çıxış edəcəyik” ÖZƏL - MÜNASİBƏT
“Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti Vyana görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vəziyyətinin mahiyyətini tam açacaq. Sonuncu dəfə Vyanada İlham Əliyevlə Serj Sarkisyanın görüşü 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra baş vermişdi. Gözlənilən görüşün və bu görüşün nəticələrinin bütün çılpaqlığı üzə çıxması bizim üçün böyük əhəmiyyətə malikdir. Nəhayət biz beynəlxalq qurumlar qarşısında çox ciddi arqumentlərlə çıxış edəcəyik”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, Paşinyana bu ilk növbədə daxili siyasi proseslər üçün lazımdır: “Daim “Qarabağ klanı” təqibində olan Paşinyan bu görüşə çox çətin siyasi basqılar altında qatılır. Rusiya və Fransadan aldıqları güclü dəstəyə baxmayaraq ABŞ və Almaniyanın işğal altında olan torpaqların geri qaytarılmasını tələb etməsi və bu tələbin üzərindən Azərbaycanın israrlı olması Ermənistan prezidenti güzəştə getməyə məxbur edəcək. Lakin Paşinyan bu addımı atmağa hazır deyil. Rusiya hələ də Ermənistan üzərində öz diktəsini və bu diktəni saxlayacaq rıçaqlara mailkdir. Ermənistan prezidenti artıq erməni xalqına həqiqəti deməlidir. Onlar Qarabağın indiyə qədər Ermənistanla heç bir siyasi və coğrafi bağın olmamasını etiraf edərək xalqını davamlı sülhə hazırlamalıdır.
Hesab edirəm ki, dövlət başçıları Vyana görüşündə işğalın başa çatması istiqamətində indiyə qədər əldə olunan razılaşmaların yekun sənədi müzakirə edəcəklər. Kənardan müdaxilə və etirazlara baxmayaraq bu ilin sonuna qədər münaqişənin nizamlanmasının açar sənədi imzalanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB