“Müxalifətin bünövrəsi əyri qoyulub” RƏY-ÖZƏL

“Müxalifətin bünövrəsi əyri qoyulub” RƏY-ÖZƏL

"Hazır ki, məqamda müxalifətin birliyi mümkünsüzdür". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, çünki müxalifətin bünövrəsi əyri qoyulub: "Əgər müxalifətin bünövrəsi yalan üzərində qurulubsa əlbəttə ki, müxalifətin bir olması heç vaxt baş tutmayacaq və alınmayacaqdır. Digər tərəfdən də onlar birlikdən danışsalar da, daxillərində bir-birlərini qəbul etmirlər. Yəni müxalifətin birliyindən danışanlar bir-birlərinə qarşı qeyri-səmimidirlər, bir-birlərini istəmirlər, "ana müxalifət" olmaq ambisiyaları var. Belə olan halda müxalifətin hansı birliyindən danışmaq olar? Əlbəttə ki, onların heç bir birliyindən söhbət gedə bilməz. Çünki onlar ilk öncə öz daxillərində bir-birinə qarşı səmimi, düzgün olmalıdırlar. Ümumiyyətlə, demək olar ki, bu gün müxalifəti maraqlandıran başlıca məsələ həm xaricdə, həm də daxildə qərəzli hərəkətləri ilə özlərini reklam etməklə bir müddət gündəmdə qalmaq və iddia etmək kki, "biz də varıq". Müxalifət təmsilçiləri çox yaxşı bilirlər ki, onların hakimiyyətə gəlmək imkanları yoxdur. O cümlədə də, xalq tərəfindən heç bir dəstəyə malik deyillər. Belə olan halda da, onların bir araya gələrək birləşməsi mümkün olan məsələ deyil".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə