Elmar Məmmədyarov Belçika Krallığının səfirini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib
Nazir Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri Filippe Jottardı ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı səfir F.Jottard Azərbaycanda Belçikanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Öz növbəsində nazir E.Məmmədyarov səfir Filippe Jottarda xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB