Sabah Piter Semnebi Azərbaycana gələcək

Sabah Piter Semnebi Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi yanvarın 23-24-də Bakıda səfərdə olacaq. SİA-nın Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfərdə əsas məqsəd Azərbaycanda və bütün Cənubi Qafqazda cari proseslərin müzakirəsi olacaq.

 

Eyni zamanda P. Semnebi səfər çərçivəsində Azərbaycan hökumətinin üzvlərilə məsləhətləşmələr aparacaq, ombudsman E.Süleymanova və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə