Taner Yıldız Bakıya gəlib

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın Azərbaycana səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfərdə məqsəd Türkiyə və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasında iiştirak etməkdir.

Taner Yıldız bildirib ki, Azərbaycan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekununda iki ölkə arasında mədənçıxarma sənayesində qarşılıqlı fəaliyyətlə bağlı protkolun imzalanması gözlənilir. Nazirin sözlərinə görə, hökumətlərarası komissiyanın bu gün Bakıda keçiriləcək iclasında enerjetika, sənaye, ticarət və digər sahələrdə ikitərəfli əlaqələr müzakirə olunacaq. Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Taner Yıldızın Azərbaycan Prezidenti İlham Əliyev, baş nazirin müavini Abid Şərifovla görüşü gözlənilir.

Qeyd edək ki, Taner Yıldız və Abid Şərifov Türkiyə-Azərbaycan hökumətlərarası komissiyasının həmsədrləridirlər. Türkiyəli nazirin səfəri bu gün başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə