İranın nüvə proqramına dair kritik müzakirələr bu gün İstanbulda başlayır.
SİA-nın "TRT Haber" ə istinadən verdiyi məlumata görə, Qərb ilə İran arasında keçiriləcək və iki gün davam edəcək müzakirələrdən öncə xarici işlər naziri Əhməd Davudoğlu heyət rəhbərləri - Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Aştonla İranın nüvə baş müzakirəçisi Səid Cəlilinin şərəfinə axşam yeməyi verib. Yeməkdə BMT-nin 5 daimi üzvü və Almaniyanın yüksək səviyyəli təmsilçilərindən ibarət heyət də iştirak edib.
Nüvə müzakirələrindən öncə İstanbulda önəmli bir görüş də keçirilib.
Əhməd Davudoğlu rusiyalı həmkarı Sergey Lavrovla bir araya gəlib. Görüşün ən önəmli maddələrindən biri də nüvə müzakirələri olub. Davudoğlu birgə mətbuat konfransında İranla 5+1 ölkələri arasındakı müzakirələrdə Türkiyənin yalnız ev sahibi olduğunu deyib.
Türkiyənin dinc məqsədli nüvə enerjisini dəstəklədiyini, ancaq nüvə silahlarına qarşı olduğunu deyən nazir qeyd edib ki, bütün ölkələrin nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair məsuliyyəti var. Davudoğlu dinc məqsədli nüvə texnologiyasına təminat verən bir formul tapılmasının vacibliyini vurğulayıb. Lavrov da İranın nüvə proqramları ilə bağlı birtərəfli sanksiyaları dəstəkləmədiklərini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB