Məsud Zohrevənd İranın uranın zənginləşdirilməsi fəaliyyətlərinin dondurulması və ya təxirə salınmasından söhbət belə gedə bilməyəcəyini deyib. SİA-nın "trt" yə istinadən verdiyi xəbərə görə, İranla 5+1 ölkələri arasında başlayan nüvə müzakirələri bağlı qapılar arxasında davam edir. Görüşü izləyən media mənsubları gün boyu müzakirə edilən məsələlərlə bağlı məlumat almaq istəsələr də, konkret bilgilər əldə etmək mümkün olmayıb.
Axşam saatlarına qədər əldə edilən yeganə məlumat günorta namazı üçün Sultanəhməd Məscidinə gedən İran heyətinin bəzi beynəlxalq xəbər agentliklərinə düşən qısa açıqlaması olub.
Heyətdə yer alan İran rəsmisi Məsud Zohrevənd İranın uranın zənginləşdirilməsi fəaliyyətlərinin dondurulması və ya təxirə salınması ilə bağlı müzakirələrin aparılmasına imkan verməyəcəyini bildirib. Zohrevənd bu məsələnin indiyə qədər müzakirə edilmədiyini deyib və "İranın nüvə haqları müzakirə edilə bilməz" deyib.
Müzakirələrin sabah da davam etməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB