ABŞ-ın “gözəgörünməz” sualtı qayıqları

ABŞ-ın “gözəgörünməz” sualtı qayıqları

ABŞ-ın İllinoys Universitetinin tədqiqatçıları sualtı qayıqlar üçün xüsusi örtük yaradıblar. Bu isə onları ultrasəslərlə işləyən hidroakustik cihazlar üçün görünməz edəcək.

SİA-nın məlumatına görə, Layihənin müəllifi, professor Nikolas Fenqin fikrincə, sözügedən material yalnız sualtı qayıqların istehsalında deyil, həmçinin tibb və təhsil sahələrində də istifadə oluna bilər. Belə ki, örtük universitet auditoriyalarında akustikanın yaxşılaşmasına kömək edəcək, ultrasəs müayinə zamanı xəstənin vacib orqanlarını müdafiə funksiyasını daşıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə