ABŞ-da mafiyaya qarşı keçirilən əməliyyatda 110 nəfər həbs edilib.
SİA-nın "TRT Haber" ə istinadən verdiyi xəbərə görə, 800-ə yaxın polisin Nyu-York, Nyu-Cersi və Phod İslandda keçirdiyi əməliyyatda həbs olunan şəxslərin adam öldürmə, narkotik maddə qaçaqmalçılığı, qəsb və talan kimi ittihamlarla axtarışda olduğu bildirilib.
ABŞ ədliyyə naziri Erik Holder Federal Təhqiqatlar Bürosu tərəfindən mafiyaya qarşı ən böyük əməliyyatlardan birinin keçirildiyini xatırladaraq həbs edilənlərin Amerikanın ən təhlükəli cinayətkarları sırasında olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB