Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə razılıq əldə olunub
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın görüşünə münasibət bildirib. XİN-dən SİA-ya verilən məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB