Gəminin kapitanının verdiyi məlumatdan sonra rəsmilər gəminin qaçırılmasından agah olublar.
SİA-nın voanews.com a istinadən verdiyi xəbərə görə, Somali dəniz quldurları 25 ekipaj üzvü olan başqa bir yük gəmisini qaçırıblar. Avropa Birliyinin dəniz quldurları əleyhinə qüvvələrinin bildirdiyinə görə MV Xalid Müheddin dünən Şimali Ərəb dənizində həbs edilib. Onun sözlərinə görə gəminin kapitanı silahlı hücuma məruz qaldığını və gəmidə dəniz quldurlarını gördüyünü bildirib. Məlumatda deyilir ki, bundan sonra gəmi ilə əlaqə kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB