Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq.
Bu məqsədlə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq ediləcək. Nazirlər Kabineti isə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB