Gəncə şəhərində təmirinə başlanılan "Xan Bağı" istirahət parkında aparılan yenidənqurma işləri artıq yekunlaşıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Zahid Məmmədov məlumat verib. Onun sözlərinə görə, 6 hektar ərazini əhatə edən parka 5 mindən artıq dekorativ ağac və gül kolları əklilib. Həmçinin, parkın ətrafına ümumilikdə 38 min kv.m əraziyə tamet döşənib. Bundan əlavə yeni fəvvarələr quraşdırılıb və işıqlandırma sistemi dəyişdirilib. Qeyd edək ki, dövlət tərəfindən "Xan Bağı"nın yenidən qurulması üçün 2 mln manat dəyərində vəsait ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB