İsmət Abasov Almaniyada səfərdədir

İsmət Abasov Almaniyada səfərdədir

Kənd təsərrüfatı naziri İsmət Abasov Almaniya Federativ Respublikasının Berlin şəhərində səfərdədir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərdə məqsəd ərzaq məhsulları, kənd təsərrüfatı və bağçılığa dair "Beynəlxalq Yaşıl Həftə 2011" sərgisində və kənd təsərrüfatı nazirlərinin 3-cü Berlin sammitində iştirak etməkdir. Səfər çərçivəsində nazir sərginin açılışında olub, qlobal kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi forumunda məruzə ilə çıxış edib. İsmət Abasov çıxışında "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası ilə bağlı qarşıda duran vəzifələr, aqrar sahədə həyata keçirilən dövlət proqramları və layihələr, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, əldə olunmuş uğurlar və ərzaq təhlükəsizliyinə dair dünyada gedən prosesləri vurğulayıb. Tədbirdə ticarət və qlobal ərzaq təhlükəsizliyi üzrə də müzakirələr olub.

Sərgidə Azərbaycanın ölkə təqdimatı keçiriləcək, ölkə pavilyonu ilə tanışlıq, eyni zamanda kənd təsərrüfatı nazirlərinin müzakirələri və beynəlxalq zirvə görüşləri nəzərdə tutulub.

Səfər yanvarın 26-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə