21 siyasi partiya MSK-ya hesabat verib

Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı 21-ə çatıb. SİA-nın verdiyi məlumata görə, bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, "Birlik" Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, "Azərbaycan Mübarizləri" Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, "Ədalət" Partiyası, "Milli Vəhdət" Partiyası və Böyük Azərbaycan Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə