Macar alimi Azərbaycan haqqında kitab hazırlayıb

Macar alimi Azərbaycan haqqında kitab hazırlayıb
Niderlandda nəşr olunan "Avrasiya Araşdırmalar jurnalı" baş redaktor müavini, tarixçi Borbala Obruşanska ardıcıl elmi işçi və Azərbaycan mədəniyyət və tarixinin təbliğatçısıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2010-cu ilin iyul ayında Azərbaycanın Macarıstandakı Səfirliyinin təşkilatçılığı onun ölkəmizə səfəri təşkil olunmuşdu.

Səfər çərçivəsində B.Obruşanska Azərbaycanın müxtəlif regionlarını ziyarət edib və bir sıra məhsuldar görüşlər keçirib. O bizim ölkəmiz haqqında təəssüratlarını macar oxucuları ilə "Надиташ" qəzetində çap olunan "Место, восрешающее Шелковый путь", dekabr ayında işıq üzü görən "Туризмус тренд" jurnalında dərc olunan "Воспоминания об Азербайджане", yanvarda çap olunan "Баррикад" jurnalında çap olunan "Часть Кавказа" məqalələrində bölüşüb. Bu məqalələrdə macar oxucularına Azərbaycan tarixi, mədəniyyəti və müasir reallıqları barədə ətraflı məlumat verilir.

Hazırda Ç.Obruşanska Azərbaycan haqqında kitabın nəşrinə hazırlaşır. Cari ilin fevral ayında Macarıstanın Bakıdakı Səfirliyinin rəsmi açılış mərasimində kitabın təqdimatı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə