Terror təşkialtı PKK-nın lideri Abdullah Öcalan "daimi atəşkəs" və "silahın yerə qoyulması" üçün İmralıya gələn dövlət nümayəndə heyətinin qarşısına şərt qoydu: "Cəzamın qalan hissəsini ev dustağı olaraq çəksəm, bütün problemi həll edərəm, yoxsa martda aradan çəkilərəm". SİA-nın "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, Öcalan sağlamlıq vəziyyətinin pisləşdiyini söyləyib.
Xəbərə görə, dövlət nümayəndə heyəti Öcalan ilə "atəşkəsin daimi olması", "silahların qəti olaraq yerə qoyulması", "ana dil sərbəstliyi" və "PKK-lılara əhv" məsələlərini müzakirə edir. Aparılan danışıqlarda indiyə kimi problemin həllinə yardım edəcək nəticəyə gəlinməyib. Öcalan görüşlərdə tez-tez "həbsxanadakı fiziki şərtlərin pisliyini" və "sağlamlıq şərtlərini" qabardır.
PKK-nın atəşkəs elan etməsi üçün dövlət nümayəndə heyəti Öcalan ilə 2 dəfə görüşüb. Bu görüşlərdən sonra avqustun ilk günlərində PKK lideri kürd problemin həlli üçün yenidən dövrəyə girdiyini açıqlayıb. PKK 13 avqust-20 sentyabr arasında atəşkəs elan etdi. Öcalanın prosesə daxil olmasından sonra İmralıya səfərlər artdı. Bu tarixlər arasında da Öcalan ilə "PKK-nın atəşkəs qərarının uzunmüddətli olması" istiqamətində danışıqlar oldu. Təşkilat daha sonra atəşkəsin 1 noyabr tarixinə qədər uzatdığını açıqladı. 27 sentyabrdan sonra dövlət nümayəndə heyəti ilə Öcalan arasında yalnız bir dəfə görüş baş tutub.
"Problemin həll üçün addım atılmazsa, 31 oktyabrda prosesdən çəkiləcəyəm" deyən Öcalan oktyabr ayının son həftəsində danışıqlara başlayıb. Danışıqlardan sonra atəşkəs müddəti 2011-ci ilin iyun ayına qədər uzadıldı, ancaq keçən həftə bu müddət mart ayına çəkildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB