Jurnalist təşkilatlarının əlaqələndimə mərkəzi yaradılacaq

Jurnalist təşkilatlarının əlaqələndimə mərkəzi yaradılacaq

"Jurnalistlər Sülh Uğrunda" İctimai Birliyi yeni 2011-ci ildə jurnalist təşkilatlarının yeni əlaqələndirmə mərkəzinin yaradılması ilə baglı bir sıra jurnalist təşkilatlarina müraciət göndərəcək. Bu barədə SİA-ya qurumun rəhbəri Mətləb Salahov məlumat verib.

Onun bildirdiyinə görə, bu məqsədlə "Jurnalistlər Sülh Ugrunda" İctimai Birliyi fəaliyyətdə olan jurnalist təşkilatları ilə danışıqlara başlayıb. Qurum rəhbəri hesab edir ki, yaradılacaq yeni mərkəz jurnalist təşkilatları arasında çevik əməkdaşlığın yaradılması, jurnalistlərin peşə davranışlarının yüksəldilməsi və ən əsası peşəkar jurnalistlərin fomalaşması üçün jurnalist təşkilatlarının qəzet və televiziyalarla əməkdaşlığı baxımından da böyük önəm daşıyır: "Biz hesab edirik ki, belə bir əlaqələndirmə mərkəzinin yaradılması ilk növbədə milli jurnalistikamızda mövcud olan poblemlərin aradan qaldırılması üçün də önəmli olacaq. Çünki bu cür mərkəzin ortaya çıxarılması media sahəsində birgə tədbirlər keçirmək, gənc jurnalistlərin formalaşması üçün müvafiq proqramların ugurla reallaşdırılması və KİV orqanları ilə işgüzar əməkdaşlıq baxımından olduqca səmərəli olardı."

Bütün xəbərlər Facebook səhifəmizdə