BDM-nin Rusiyanın Kirov regional nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

BDM-nin Rusiyanın Kirov regional nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dünən Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Rusiya Federasiyasının Kirov regional nümayəndəliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. BDM-dən SİA-ya verilən xəbərə görə, Kirov şəhərində yerləşən məsciddə keçirilən anım mərasimində şəhidlərin xatirəsinə dualar oxunmuş, baş vermiş hadisənin təşkilatçıları mərasim iştirakçıları tərəfindən qınanıb.

Anım mərasimində iştirak edən Azərbaycan diasporunun nümayəndələri 21 il öncə Sovet ordusu tərəfindən Azərbaycan xalqının başına gətirilmiş qanlı hadisələrdən danışaraq, bu günün həm də xalqımızın milli qəhrəmanlıq səhifəsi olduğunu bildiriblər.

Bu haqqda BDM mətbuat xidmətinə münasibətini bildirən mərkəzin Kirov regional nümayəndəliyinin rəhbəri Osman Alıyev daha sonra qeyd edib ki, Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbirlər planı da hazırlanıb.

Tədbirlərdə diasporumuzun təmsilçiləri ilə yanaşı Kirov ictimaiyyətinin nümayəndələrinin də iştirak edəcəyini bildirib.

Anım mərasimində ehsan süfrəsi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə