Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti 13-15 may 2011-ci il tarixdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresini təşkil edir.
Cəmiyyətdən SİA-ya verilən xəbərə görə, AÜDCC 9-11 may 2009-cu il tarixdə "1-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresini 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə böyük uğurla həyata keçirib.
Bu konqreslər müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticələridir. Belə ki, respublikamizda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin sürətli inkişafı məhz ümummilli liderimizin şəxsi təşəbbüsü əsasında beynəlxalq standartlar səviyyəsində yaradılan səhiyyə müəssisələrinin və müvafiq olaraq xarici ölkələrdə yetişdirilən milli kadrların bu işə cəlb olunması nəticəsində mümkün olub. Ümümmilli liderimizin siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması isə respublikamızda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin geniş vüsət almasına səbəb olub. Məhz bu əvəzolunmaz xidmətlərə görə ikinci dəfə təşkil edilən "Bakı Ürək Günləri" Beynəlxalq Konqresi də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilib.
Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunmağa və konqresin elmi-praktik səviyyəsinin yüksək olmasına çalışılacaq. İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçirilir. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların Konqres salonunda canlı yayımı "Bakı Ürək Günləri"nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Konqres azərbaycanlı kardioloq və kardiocərrahlara dünyanın ən qabaqcıl mütəxəssisləri ilə bu sahədəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil ediləcək sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanımızın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB