Lökbatanda Heydər Parkı, Heydər Əliyev Mərkəzi və “Cırtdan” uşaq əyləncə parkının açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və "Cırtdan" uşaq əyləncə parkının açılışlarında iştirak edib.
SİA-nın xəbərinə görə, mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, əsaslı yenidənqurma nəticəsində parkda qəsəbə sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Burada yeni yaşıllıq zolaqları salınmış, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, yaraşıqlı fəvvarə tikilib.
Qeyd edildi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilib.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonra dövlətimizin başçısı İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış "Cırtdan" uşaq əyləncə parkı ilə tanış oldu, görülmüş işlərdən razılığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB