"Arzu edirəm ki, əfv olunanlar bu tarixi şansı dəyərləndirsinlər" RƏY - ÖZƏL
“Prezident İlham Əliyev heç bir azərbaycanlıya, heç bir Azərbaycan vətəndaşına fərq qoymadığını, hətta, səhvə, xətaya, cinayətə yol vermiş insanları belə bağışlamaq, əfv etmək iradəsinə və qüdrətinə malik olduğunu əməlləri ilə sübut edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, əfv etmək və bağışlamaq tək olan Allahımıza və onun Yer üzünə göndərdiyi xilaskar elçilərinə, müdrik dövlət adamlarına xas olan bir cəhətdir: “Yalnız müdrik insanlar, müdrik dövlət rəhbərləri, güclü, ədalətli siyasi liderlər bağışlamağı və əfv etməyi bacarırlar. 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində “hər bir azərbaycanlının prezidenti olacağam”-deyən, dövlət başçısı son 10 ay ərzində ikinci dəfə böyük və tarixi əfv sərəncamı imzalamaqla, bir daha vədinin, sözünün üstündə durduğunu nümayiş etdirdi”.
E. Səlimov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm, insanpərvərlik siyasətini son 16 il müddətində uğurla davam etdirən Prezident İlham Əliyev məhz əfv etməyi və bağışlamağı bacaran uca könüllü dövlət rəhbəri, liderdir: “Dövlət başçısı bunu son addımı ilə bir daha sübut etdi və nümayiş etdirdi”.
Azadlığa qovuşanları və onları yaxınlarını təbrik edən deputat deyib: "Arzu edirəm və inanmaq istəyirəm ki, həmin insanlar onlara verilmiş bu tarixi şansı və fürsəti olduğu kimi və yaxşı şəkildə dəyərləndirəcək, bir daha səhvə, xətaya yol verməyəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB