Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb. SİA-nın verdiyi məlumata görə, qərar Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Bu müəssisədən 8 məhbus azadlığa buraxlıb. Onlar buraxılış arayışları təqdim edilib.
Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub. Martın 17-si səhər saatlarından etibarən əfv sərəncamının icrasına başlanılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB