Düşmənin açdığı atəş nəticəsində Milli Ordunun zabiti yaralanıb

Düşmənin açdığı atəş nəticəsində Milli Ordunun zabiti yaralanıb

Dünən Ermənistanın silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti ağır yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin SİA-ya verdiyi məlumata görə, hadisə cəbhənin Tərtər istiqamətində, Çiləbürt kəndi yaxınlığında qeydə alınıb.

Hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Şamil Əli oğlu Sadıqov erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində hər iki budundan güllə yarası alıb, vəziyyəti kafidir.

Bütün xəbərlər Facebook səhifəmizdə