“Yeni Zellandiyanın Kreystşörç şəhərində düzənlənən terrorun özündə ehtiva etdiyi əsas məqam, əsas tablo budur ki, dünyanı qarışdırmağa, dinləri qarşı-qarşıya qoymağa, xaos yaratmağa maraqlı, meylli qüvvələr hər yerdə var, həmişə var, hər zaman da olacaq və belə qüvvələrdən qurtulmağın tək yolu sabit, ayiq-sayıq, təhlükəsiz dövlətə sahib olmaqdır. Bir müddət əvvəl Avropanın mərkəzi meydanlarında da bənzər terrorlara şahidlik etmişik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, qardaş Türkiyənin də başına zaman-zaman eyni oyunlar açılıb: “Elə ancaq “Reyna” terrorunda onlarla insan həyatını itirdi. Üstəlik, bayram günündə. Və indi də…Yeni Zellandiya. 49 nəfər qətliamın qurbanıdır. Terrorun məsciddə törədilməsi nəyin jesti, nəyin mesajıdır, bunu deyə bilmərəm. Hər halda istintaq orqanları bütün detalları və təfərrüatları araşdıracaq. Amma tək bildiyim odur ki, terror bütün hallarda lənətlənməlidir, bütün dünya dövlətləri bu məsələdə, bu mövzuda öz mövqeyini, fikrini, rəyini açıq bildirməlidir.
Bir dəfə söyləmişdim ki, hər dəfə xarici səfərlərimdən sonra təyyarə ilə Baki Hava Limanına enəndə özümü təhlükəsiz hiss edirəm, dövlətimin qədrini milyon dəfə daha artıq bilirəm. Bu həqiqətdir, gerçək sözümdür. Azərbaycan bu gün bəlkə də dünyada ən təhlükəsiz, ən etibarlı, ən rahat ölkədir. Avropanın özündən deyən dövlətlərində küçə ilə sakit gəzmək olmur, hətta diplomatik pasport sahibləri belə yüz metrdən bir yoxlamaya, sorğu-suala məruz qalır. Avtobuslar, taksilər dəqiqəbir saxlanılır, sanki dövlət orqanları özlərindən əmin deyilmişlər kimi daim qorxu içində yaşayırlar, təhlükə gözləyirlər. Amma bizdə tam fərqli təzahüratdır. Azərbaycan vətəndaşı dövlətinin gücünə, öz təhlükəsizliyinə əmindir. Eyni zamanda dövlət və onun strukturları da özünə əmindir. Yəni bizdə əminlik tandemi var və bütün bunlar ölkə rəhbərliyinin apardığı, yürütdüyü düzgün təhlükəsizlik siyasətinin nəticəsidir. Ona görə deyirik ki, İlham Əliyevin qədrini bilin, odur bizim qarantımız, odur bu sabitliyin səbəbkarı, odur Azərbaycanımızı təhlükəsiz şəkildə inkişafa aparan. Və..nə qədər mövcud siyasət davam edəcək, inanın ki bu rahatlığımız da daimi olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB