"Terrorçunun milləti, dini olmur" ÖZƏL-AÇIQLAMA

"Terrorçunun milləti, dini olmur" ÖZƏL-AÇIQLAMA

“Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dünyada törədilən terrorlar nəticəsində günahsız insanlar həlak olurlar, dünyasını dəyişirlər, uşaqlar valideynsiz qalır, şəhərlər xarabalığa çevrilir və cəmiyyətə böyük maddi və mənəvi ziyan yetirilir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, terrorçunun milləti, dini olmur: “Terrorizm ümumiyyətlə insani hislərdən uzaq, öz məqsədlərinə çatmaq üçün insanların vəhşilik sifətinə girməsi kimi dəyərləndirərdim. Terrorlar bu gün dünyanın hər bir ölkəsində baş verə bilər və ondan heç kim sığortalanmayıb. ABŞ-da, Avropada Asiyada son vaxtlar terrorizimin əhatə dairəsi daha da genişlənmişdir. Ona görə də dünyanın terrora baxışları eyni olmalı, harada törədilməsindən asılı olmayaraq hamılıqla mübarizəyə qoşulmalıdır. Məsələn, dünən Asiyada baş verən terrora Avropa susqunluqla yanaşanda, bir də görürsən ki, Avropanın mərkəzi olan Almaniyada, Fransada da bu baş verir. Ona görə də terrorizmlə bütün dünya mübarizə aparmalıdır.

Ən çox terrordan əziyyət çəkən ölkələrdən birisi də Azərbaycandır. Erməni terrorçuları uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal etmiş, günahsız insanları qətlə yetirmiş, yurdlarını viran etmiş, 1 milyondan artıq soyadaşımızı qaçqın və küçkün halına salmışdır. Dünyada terrorizmlə mübarizəyə ən çox töhfə verən ölkə də məhz Azərbaycanı hesab edirəm. Çünki, Azərbaycanın ev sahibliyi etdiyi Humanitar Forumların ana mövzusu birgə yaşayışa və terrorizmə qarşı mübarizəyə həsr olunur. Hal-hazırda Bakıda keçirilən VII Qlobal Bakı Foruumunun mövzularına diqqət yetirsək görərik ki, mövzuların əsas hədəfi dünyada birgə yaşayışa yeni baxışları formalaşdırılmasına və terrorla mübarizəyə hədəflənir. Təbii ki, bu belə olmalıdır. Düşünürəm ki, əgər hamılıqla ədalətlə terorizmə qarşı mübarizəyə qoşulmazsa dünyanın gələcəyi məhvə doğru gedəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə