Deputatlarımız İKT Parlament İttifaqı Şurasının 13-cü sessiyasında iştirak ediblər
Milli Məclisin deputatı, İslam Konfransı Təşkilatı Parlament İttifaqında nümayəndə heyətimizin rəhbəri Gövhər Baxşəliyeva və millət vəkili Sabir Rüstəmxanlı Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İKT Parlament İttifaqı Şurasının 13-cü sessiyasında və İkinci fövqəladə konfransında iştirak ediblər. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiyanın gündəliyinə İttifaqın İcraiyyə Komitəsinin, daimi komitələrinin hesabatları, təşkilatı və digər məsələlər daxil edilib.
Qurumun İkinci fövqəladə konfransında isə regional problemlərin həlli yolları, nüvə enerjisindən digər məqsədlərlə istifadə edilməsi, Qərb dövlətlərinin parlamentləri ilə əməkdaşlıq və digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində millət vəkilləri təşkilatın komitələrinin iclaslarında da iştirak edəcək, gündəlikdəki məsələlərə öz münasibətlərini bildiriblər.
Səfər çərçivəsində millət vəkilləri təşkilatın komitələrinin iclaslarında da iştirak edəcək, gündəlikdəki məsələlərə öz münasibətlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB