Türkiyə ilə Venesuela "ev əvəzinə neft" sazişi üzərində iş aparır.
SİA-nın "TRT Haber"-ə istinadən verdiyi məlumata görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bu məqsədlə Venesuelanın paytaxtı Karakasda görüşlər keçirib.
Nazir təklifin Venesueladan gəldiyini, Karakasdakı sel fəlakətinin qurbanları üçün Türkiyənin ev tikməsinin təklif olunduğunu söyləyib.
Venesuela keçən ilin dekabrında baş verən sel fəlakətində evsiz qalan 140 min nəfərə ev tikilməsi əvəzinə Türkiyəyə neft təklif edir. Anlaşma baş tutarsa, Türkiyə Venesuelada 10-15 min ev tikəcək, əvəzində hər kvadrat metr üçün neft alacaq.
Taner Yıldız bu təklifə müsbət baxdıqlarını, bu barterin önəmli ola biləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB