Türkiyə Livanda vasitəçilik səylərindən geri çəkilməyib

Türkiyə Livanda vasitəçilik səylərindən geri çəkilməyib

Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Livandakı vasitəçilik səylərindən çəkildiyinə dair xəbərləri təkzib edib.

SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Davudoğlu "Türkiyə heç bir zaman Livan kimi dost və qardaş ölkə üçün səylərini birmənalı şəkildə kəsməz" deyib.

Tərəflərə uzlaşmaları üçün Qətər baş naziri ilə birlikdə hazırladıqları bir mətn layihəsi təqdim etdiklərini deyən nazir prosesin irəliləməsinə dair bəzi tərəddüdlərin olduğunu da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə