Gəncədə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb - FOTOSLAYD

Gəncədə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb - FOTOSLAYD

Xalqımızın tarixinə qanlı hərflərlə yazılan 1990-cı ilin 20 Yanvar faciəsi Gəncə şəhərində dərin hüzn və kədərlə anılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından etibarən on minlərlə şəhər sakini şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi önünə toplaşıb. Abidə kompleksi tər qərənfillərə qərq edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmçinin idarə və müəssisə rəhbərləri abidəni ziyarət edib. Onlar şəhidlərin ruhuna hörmət əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər.

Anım mərasimində Azərbaycanın dövlət himni səslənib. Saat 12.00-da avtomobillərdən siqnal səsləri yüksəlib. Ölümləri ilə tarix yazan soydaşlarımıza allahdan rəhmət dilənib.

Bildirilib ki, torpaqlarımızın suverenliyi, azadlığı uğrunda ilk şəhidlərdən olan 20 Yanvar şəhidləri daim ürəklərdə yaşayacaq.

Gəncədə 20 Yanvar abidə kompleksinin ziyarəti axşam saatlarına kimi davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə