"Azərbaycan və Moldova arasında iqtisasi və diplomatik sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Moldova prezidenti İqor Dodon deyib.
O bildirib ki, beynəlxalq platformalarda hər iki ölkə bir-birinı dəstək nümayiş etdirilir: "Ümid edirəm ki gələn aylarda Moldovada hökumət formalaşcaq. Moldovada hökumət formalaşan kimi hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır. Mən görüş əsnasında prezident İlham Əliyevi Moldovaya dəvət etdim. Bu səfər ilin ikinci yarısı ola bilər. Ola bilsin komissiyanın görüşü prezident İlham Əliyevin Moldovaya planlaşdırılan səfəri çərçivəsində baş tutsun".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB