Astarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri "Şəhidlər" abidə-kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna dualar oxuyublar.
Mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək 1990-cu ilin yanvar günlərində xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazan azadlıq qəhrəmanlarının xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını,erməni qəsbkarları ilə mübarizənin davam etdiyi bu günkü gündə onların şücayətinin gənclərimiz üçün əsil örnək olduğunu önə çəkib. Sonra tədbir rayon mədəniyyət evində davam etdirilib.Mərasim iştirakçıları mədəniyyət evinin foyesində 20 Yanvar faciəsinin əks etdirən sərgi ilə tanış olduqdan sonra
" Qan yaddaşımız" adlı sənədli filmə tamaşa ediblər.
Tədbir rayonun bədii mədəniyyət kollektivlərinin ifasında "Şəhidlik ən böyük zirvədir" mövzusunda ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB