Azərbaycan Mərkəzi Bankı aviasiya parkının yenilənməsinə kredit ayırıb
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Bank Silkway" ASC-yə ümumilikdə 300 mln. manatdan artıq həcmində dövlət zəmanətli uzunmüddətli kredit ayrılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, "Bank Silkway" ASC vasitəsi ilə "Azərbaycan Hava Yolları" QSC-yə ayrılmış kredit illik 4% dərəcəsi ilə 12 il müddətinə ayrılıb. Hökumətin sifarişi ilə məqsədli şəkildə ayrılan kreditin başlıca məqsədi ölkənin köhnəlməkdə olan təyyarə parkının yenidən qurulmasıdır: "Bu xüsusilə də Naxçıvan istiqamətində uçan təyyarələr üçün nəzərdə tutulub. Naxçıvan istiqamətində uçan təyyarələr üçün resursları istifadə olunmuş bir park var idi. Hökumətdə aparılan müzakirələr nəticəsində AMB tərəfindən "Azərbaycan Hava Yolları" QSC-yə köməklik edilib".
E. Rüstəmov qeyd edib ki, AMB tərəfindən ayrılan məqsədli kreditin ümumi həcmi 300 mln. manatdan çoxdur. Belə ki, kreditin artıq birinci tranşı, yəni 198 mln. manatı ayrılıb, ikinci tranşın da ayrılması gözlənilir.
Qeyd edək ki, bu Mərkəzi Bankın tarixində dövlət zəmanəti ilə ölkənin strateji müəssisələrinin maliyyələşdirilməsinə ayrılan dördüncü birbaşa kredit olub. 750 milyon manat məbləğində birinci kredit ARDNŞ-yə yeddi il müddətinə illik iki faizlə, ikincisi isə (202 milyon manat) "Azəralüminium" ASC-yə 10 il müddətinə illik üç faizlə ayrılıb. 300 milyon manat məbləğində üçüncü kredit isə "Azərenerji" ASC-yə ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB