"İslahatlar vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə yönəlib" ÖZƏL-MÖVQE
“Dövlət və vətəndaş münasibətləri düzgün tənzimləndiyi halda inkişaf proporsional şəkildə gedir”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, bu münasibətlər əslində dövlət xalqın qulluğunda dayanmalı, onun qanuni ehtiyaclarını təmin etməsi kimi öhdəlik götürməlidir: “Eyni zamanda vətəndaş konstitusion haqqlarından istifadə edərək bu sistemin qurulmasında fəal iştirak etməlidir. Lakin bəzən bu sistem baş ayaq formasında, yəni aşağıların yuxarılara xidməti üzərində qurulur. Bəzən vətəndaş dövlətdən nə isə umduğu halda “sən dövlətə nə vermisən” ironik yanaşma olur. Həyatda elə bir insan ola bilər ki, əqli və ya digər imkanları məhdud olduğu üçün bu münasibətlərdə aktiv rol ala bilmir. Lakin bu o anlama gəlməməlidir ki, dövlət bunun qarşılığını “sən mənə-mən də sənə” prinsipi ilə ödəməlidir. Bütün hallarda vətəndaş dövlətin bütün imkanlarından yararlanmalıdır. Ona görə də dövlətin üzərinə düşən məsuliyyət daha böyükdür və daha geniş spektri əhatə edir.
Vətəndaş-dövlət münasibətlərini tamamlayan isə dövlət məmurlarıdır. Məmurlar hər gün vətəndaşlarla sıx kontaktda olmaqla yanaşı, dövlət-vətəndaş münasibətlərini təmin edir. Məmurlar yerində olmadığı halda vətəndaşlar daha üst qurumlara müraciətlər etməklə problemlərini həll etməyə çalışırlar. Belə olan halda təcili olaraq dövlət strukturlarında yenilənməyə ehtiyac yaranır.
Azərbaycan Prezidentinin son aylarda vətəndaşlarla yaxından münasibətləri bu sistemin vəziyyətini yoxlamağa yönəlib. Göründüyü kimi yerlərdə bu addım kifayət qədər ruh yüksəkliyi ilə qəbul edilir. Lakin qeyd etdiyim kimi vətəndaşların məmurları aşaraq dövlət rəhbərinə məktubla müraciət hallarına rast gəlirik və bu hallar kifayət qədər çoxdur. Son bir ildə aparılan islahatlar vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə yönəlib. İslahatların davam etməsini və başa çatmasını isə bütün xalq səbirsizliklə gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB